Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Nazir Ceyhun Bayramovun Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Katsuya Vatanabe ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Katsuya Vatanabe ilə görüşünə dair mətbuat məlumatı
01.01.2024
A+
A-

 

 

 

No:745/23, Nazir Ceyhun Bayramovun Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Katsuya Vatanabe ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

30 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Katsuya Vatanabeni qəbul edib.

 

 

Görüş zamanı səfir Katsuya Vatanabe etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.

 

 

Azərbaycanla Yaponiya arasında bir sıra istiqamətlərdə tarixi dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Bu çərçivədə yüksək səviyyəli ikitərəfli səfərlərin, siyasi məsləhətləşmələrin, iqtisadi komissiyanın işinin intensivləşməsinin əhəmiyyəti qeyd olunub.

 

 

 

İki ölkə arasında “yaşıl enerji”, nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.

Görüş zamanı, qarşı tərəfə Ermənistanın ölkəmizə qarşı təcavüzünün, qaçqın və məcburi köçkün probleminin, keçmiş münaqişənin tarixçəsi barədə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və 24 saatdan az bir müddətə həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər diqqətə çatdırılıb. Azərbaycanın Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu bildirilib.

 

 

 

Nazir səfirə ölkəmizdə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no74523

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.