Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Estoniya paytaxtında Xocalı soyqırımının qurbanları yad edilib

Estoniya paytaxtında Xocalı soyqırımının qurbanları yad edilib
27.02.2023
A+
A-

 

 

 

Estoniya paytaxtında Xocalı soyqırımının qurbanları yad edilib
27 fevral, 2023
Estoniya paytaxtında Xocalı soyqırımının qurbanları yad edilib
Tallinn şəhər Filarmoniyasında Xocalı soyqırımının 31-cü ildönümü ilə əlqədar anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Estoniyadakı səfirliyinin əməkdaşları, Türkiyə, Qazaxıstan, Moldova və Şimali Makedoniyanın Estoniyadakı səfirləri, Moldova, Rumıniya və Macarıstan səfirliklərinin təmsilçiləri, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı məlumat verib.

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı dostluq qrupu tərəfindən qəbul edilən bəyanatı diqqətə çatdırıb. Bəyanatda deputatlar Xocalının işğalı zamanı 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın amansızcasına öldürüldüyünü qətiyyətlə pisləyib, bu kütləvi qətliamı törədən cinayətkarların tezliklə məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan ediblər.

Litvalı hərbi jurnalist Ricardas Lapaitis Xocalı faciəsi ilə bağlı dəhşət doğuran xatirələrini bölüşüb.

Tədbir “Sonsuz dəhliz” filminin nümayişi ilə davam edib.

Sonda tədbir iştirakçıları Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Quliyevin Xocalı soyqırımının dəhşətlərini əks etdirən əsərlərindən ibarət sərgisi ilə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri tədbir iştirakçılarına təqdim olunub.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/estoniya-paytaxtinda-xocali-soyqiriminin-qurbanlari-yad-edilib-2448

 

 

REKLAM ALANI