Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

ABŞ-da Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

ABŞ-da Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
09.11.2023
A+
A-

 

 

 

 

ABŞ-da Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

, 2023

ABŞ-da Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən “Yale Club”da müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və görkli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

 

 

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ABŞ-də fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Azərbaycan, Türkiyə və digər türk dövlətlərini təmsil edən səfirlər, diplomatlar, müxtəlif ştat və şəhərlərdə yaşayan diaspor fəalları, ziyalılar və yerli ictimayyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Amerika Dövlət himnləri səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsindən və onunla bağlı xatirələrindən danışıb.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev çıxışında qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Diplomat bildirib ki, ölkəmizin ulu öndər tərəfindən möhkəm təməllər əsasında qurulan ərazi bütövlüyünün bərpa olunması və 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir.

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev isə çıxışında ulu öndərin gələcək nəsillər üçün mükəmməl vətəndaş nümunəsi, eyni zamanda zəngin təcrübəyə malik dövlət xadimi və Vətənini sevən dahi şəxsiyyət olduğunu bildirib. Heydər Əliyevin Azərbaycanın qlobal dünyaya inteqrasiyası üçün usanmadan səy göstərdiyini, onun siyasi təcrübəsi sayəsində gənc dövlət olan Azərbaycanın bir çox dövlətlər, o cümlədən ABŞ ilə möhkəm diplomatik və iqtisadi əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.

Azərbaycanın Vaşinqtondakı səfirliyinin konsulu Vüqar Qurbanov Heydər Əliyevin xalqımız və müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətlərindən bəhs edib.

 

 

Gecədə Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısı Cefri Verbok Heydər Əliyevlə görüşündən və ulu öndərlə bağlı xatirələrindən danışıb. Sənətçinin ifasında səslənən “Çahargah” muğamı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti Nərgiz Əlyarovanın ifasında “1001 gecə” baletindən “Oxatanların rəqsi” əsəri ifa olunub.

Daha sonra Hartford Universitetinin professoru Kamilla Məmmədovanın pianoda ifasında görkəmli bəstəkar Qara Qarayevin repertuarından mahnılar səsləndirilib.

 

 

 

 

 

Tədbirdə Nyu-Yorkda yaşayan azərbaycanlı rəssam-heykəltəraş Emin Quliyevin ulu öndərin 100 illik yubleyinə ərməğan etdiyi abidə təqdim olunub.

Gecənin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-da-heyder-eliyevin-100-illik-yubileyi-qeyd-olunub-3766

 

 

 

REKLAM ALANI