
“Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa təşkil olunub
Bakü, 6 Mart — 1453KralMedya
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində martın 6-da “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.
1453 Kral Medya’nın verdiyi xəbərə görə, Tədbirin açılışında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qonaqları salamlayaraq bildirib ki, tarix boyu azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törədilən faciələr və soyqırımları barədə faktları dünya ictimaiyyətinə çatdıran və cinayətkarları ifşa edən onlarca tədqiqat işi İnstitut tərəfindən hazırlanıb.
Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev çıxışında bildirib ki, xalqımıza qarşı ağır cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılıb.
Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru Fethi Gedikli, Ankara Universitetinin professoru Cavid Abdullazadə, ANAMA-nın nümayəndəsi Fərhad İsayev, BDU-nun Hüquq fakültəsinin dekanı, h.ü.f.d. Zaur Əliyev, BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova, BDU-nun Hüquq fakültəsinin dosenti, h.ü.f.d. Əlövsət Allahverdiyev, BDU-nun Azərbaycan tarix kafedrasının dosenti, t.ü.f.d. Boran Əziz, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, h.ü.f.d. İlham Malik oğlu Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Müzakirələr zamanı “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın müddəaları təhlil olunub, həmçinin müasir şəraitdə soyqırımı törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mexanizmlərinə toxunulub.
Ülker Piriyeva/ AZERBAYCAN

Birleşik Rusya ve Rostelecom Zafer Diktesi için Hazırlık Kursunu Başlattı

Peker’e sahte kimlik düzenleyen 10 polis tutuklandı Sedat Pekerin diploması sahte mi O zaman?

Birleşik Rusya, emek alanındaki hakların korunması konularını ele alan bir haftalık vatandaş resepsiyonları düzenliyor

«Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

«Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek