Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Şimali Karolinadakı Aziz Sancar Mərkəzində Azərbaycan icması ilə görüş keçirilib

Şimali Karolinadakı Aziz Sancar Mərkəzində Azərbaycan icması ilə görüş keçirilib
01.08.2023
A+
A-

 

 

 

 

Şimali Karolinadakı Aziz Sancar Mərkəzində Azərbaycan icması ilə görüş keçirilib

 

, 2023

 

 

 

Şimali Karolinadakı Aziz Sancar Mərkəzində Azərbaycan icması ilə görüş keçirilib

 

 

 

 

ABŞ-ın Çapel Hill (Chapel Hill) şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində Şimali Karolina ştatında yaşayan Azərbaycan icması ilə görüş və ölkəmizə həsr olunmuş “Azerbaijan – My Land, My Soul” (“Azərbaycan – torpağım, ruhum”) adlı rəsm sərgisi keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Komitənin, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, türk icmasının nümayəndələri və güneyli azərbaycanlılar iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün türk dünyasının fəxri olan Nobel mükafatçısı Aziz Sancarın adını daşıyan mərkəzin Azərbaycan diasporuna dəstəyini yüksək qiymətləndirib, şəhər merinin də qatıldığı Azərbaycanın Zəfər bayramının birinci ildönümü ilə bağlı təntənəli mərasimin və digər tarixi günlərimizə həsr olunmuş tədbirlərin mərkəzdə keçirildiyini buna bariz nümunə göstərib. ABŞ və Türkiyə arasında dostluq əlaqələrinin inkişafına töhfələr verən mərkəzin eyni zamanda Amerika cəmiyyətinə inteqrasiya etmək istəyən fərdləri dəstəklədiyinə diqqəti cəlb edib.

 

 

 

 

Sonra Komitə sədri Azərbaycanın böyük dostu və dünya şöhrətli alim Aziz Sancara və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnana təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medallarını təqdim edib.

Aziz Sancar və Günel Krişnan fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. “Azərbaycan – mənim Vətənimdir”, – deyə Aziz Sancar çıxışında söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal diaspor təşkilatının həyata keçirdiyi layihələrdən danışıb, fərdi sərgiləri təşkil olunan güneyli soydaşlarımız – Şimali Karolina ştatında yaşayan azərbaycanlı rəssamlar Lalə Bağırzadə (Laleh Bağherzadi) və Bəhram Yusifinin (Bahram Yosifi) tarixi vətənləri Azərbaycana həsr etdikləri əsərləri barədə qısa məlumat verib.

 

 

 

 

Lalə Bağırzadə bildirib ki, məqsədi Azərbaycan mədəniyyətini Şimali Karolina ştatında yaşayan butun icmalara təqdim etməkdir. “Burada ölkəmizi tanımayanlara xalqımızın mədəniyyətinin, adət-ənənələrinin zənginliyini göstərmək istəyirəm”, – deyə rəssam vurğulayıb.

Komitənin adından azərbaycanlı rəssamlara “Xarı bülbül” və kələğayı dəsti hədiyyə olunub.

Sərgidə nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında, o cümlədən yerli ictimaiyyətin nümayəndələrində böyük maraq doğurub.

Sərgi “City Ligths Jazz” musiqi qrupunun çıxışı ilə davam edib.

 

 

 

Qeyd edək ki, Azərbaycan əsilli Lalə Bağırzadə (Laleh Bağherzadi) Urmiya Universitetinin və Şimali Karolina Dövlət Universitetinin məzunudur. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Roli (Raleigh) bölgəsində bitki fizioloqu vəzifəsində çaışır. O, ABŞ-da həm də rəssamlıq arzusunu həyata keçirib. 2020-ci ildə Nyu-York şəhərində keçirilmiş “Biz hamımız zəncirlənmişik” adlı rəsm sərgisində ilk mükafatını qazanıb. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun tədbirlərində fəal iştirak edən Lalə Bağırzadə bir sıra tədbirlərin aparıcısı olub.

 

 

 

Bəhram Yusifi İranın Piranşəhr şəhərində doğulub. Bakalavr mərhələsində təhsilini qrafika və rəssamlıq ixtisası üzrə alıb, sonra Tehrandakı İncəsənət Universitetində şərqşünaslıq üzrə magistraturanı bitirib. Ömrünün 23 ilini rəssamlıq sənətinə həsr edib, məktəblərdə və müxtəlif müəsssisələrdə rəssamlığı tədris edib. Hiss və duyğuların ifadəsi onun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. 60-dan çox mükafata layiq görülüb.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/simali-karolinadaki-aziz-sancar-merkezinde-azerbaycan-icmasi-ile-gorus-kecirilib-3287

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.