Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
06.03.2022
A+
A-

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edib.

Qonağı salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi görməyə çox şadam.

Maimuna Mohd Şərif: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Şadam ki, bizi ziyarət edirsiniz. Bilirsiniz ki, biz BMT-nin çox fəal üzvüyük və BMT-nin müxtəlif qurumları ilə uğurla əməkdaşlıq edirik. Şadam ki, BMT-nin Məskunlaşma Proqramı – UN-HABİTAT-ın icraçı direktoru olaraq bizi ziyarət edirsiniz. Bilirəm ki, siz bərabərlik, yoxsulluğun azaldılması və urbanizasiya dəyərlərini təşviq edirsiniz. Yəqin ki, yoxsulluğun azaldılması ilə bağlı göstəricilərimizdən sizin məlumatınız var. Yoxsulluğun azaldılması ilə bağlı hesab edirəm ki, biz bu qlobal bəlanın öhdəsindən uğurla gələ bildik və Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən beş faizdir. Bu da onu göstərir ki, sərvətin bərabər şəkildə bölüşdürülməsi üçün biz enerji sektorundan qaynaqlanan gəlirlərdən müvafiq şəkildə istifadə edə bilmişik. Əlbəttə, iqtisadi islahatlarla, məşğulluqla bağlı yeni imkanlar Azərbaycanda yeni mənzərə yaradacaqdır, çünki əhalimiz artır. Buna görə də məşğulluqla və əlbəttə ki, bununla birbaşa əlaqəli olan yoxsulluğun səviyyəsi ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir.

İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyiniz üçün sizə minnətdaram. Bilirəm ki, Ağdamda olmusunuz və dağıntının miqyasını öz gözlərinizlə görmüsünüz. Sizi əmin edə bilərəm ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyət eynidir. Hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir. Bu, işğal illəri ərzində ermənilər, erməni cinayətkar rejimi tərəfindən törədilmişdir. Demək olar ki, otuz il ərzində Azərbaycan mədəniyyəti və tarixinin izini silmək üçün şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz qəsdən, planlaşdırılmış şəkildə dağıdılırdı. Lakin torpaqlarımızın azadlığı uğrunda müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaqdır. Səbirli olmaq lazımdır. Eyni zamanda, ölkəyə sadiq olmaq və məqsədə nail olmaq üçün hər gün işləmək lazımdır. Bizim müharibəmiz azadlıq müharibəsi idi. Biz işğala son qoyduq. Biz torpağımızdakı şər qüvvələrə son qoyduq. Yəqin, sizin məlumatınız var ki, ermənilər həm də bizim dini abidələrimizi təhqir edib və dağıdıblar. 65 məscid tamamilə dağıdılmışdır və yerdə qalan iki məsciddə bütün dünya müsəlmanlarının hisslərini təhqir edərək onlar donuz və inək saxlayırdılar. Əfsuslar olsun ki, bütün bu işğal illəri ərzində beynəlxalq birlik buna susurdu. Bununla belə, sizin bildiyiniz kimi BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq, Ermənistana ciddi təzyiq göstərilmirdi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. Hətta bəzi ölkələr təcavüzkarı və təcavüzün qurbanını tərəzinin eyni gözünə qoymağa cəhd edirdilər. Ermənilərin bu əraziləri uzun müddət ərzində öz nəzarəti altında saxlamalarının əsas səbəblərindən biri də bunlar idi. Biz şücaət, vətənpərvərlik və gücümüzü göstərməsəydik, bu işğal davam edəcəkdi. Çünki bizə belə gəlirdi ki, beynəlxalq təşkilatlar artıq özləri vəziyyətə uyğunlaşmışdı. Mənasız danışıqlarla qəribə turistlər qrupu kimi Minsk qrupu bizi ildə bir neçə dəfə ziyarət edirdi. İndi isə bu danışıqların yalnız arxasında Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə çalışdığı sanki bir pərdə rolunu oynaması aydındır. Ermənilər bizim şəhər və kəndlərimizin adlarını dəyişirdi. Ermənilər dünyanın işğalı unutması üçün əlindən gələni edirdilər. Lakin Azərbaycan xalqı bunu unutmadı. Heç birimiz unutmadıq. Hamımız bir olaraq tarixi doğma vətənimizi azad etmək üçün canımızı qurban verməyə hazır idik və bu da baş verdi.

Hazırda bizim qarşımızda böyük çağırışlar var. Əminəm ki, bizim planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük işdir. İndiyə qədər biz nə beynəlxalq təşkilatlardan, nə də dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə almamışıq. Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin, əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur. Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir. Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var. Biz sizin səfərinizi bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz barədə hesabat verəcəksiniz. Çünki eşitmək, bilmək, oxumaq ayrı, gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir.

Həmçinin dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir. Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq.

Hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Əfsuslar olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir. Həmçinin biz geri qayıdacaq insanlar üçün layiqli şərait yaratmalıyıq və proses başlayıb. Əminəm ki, siz ölkəmizə yenidən səfər edəcəksiniz, çünki bu, qlobal miqyasda həqiqətən də çox mühüm məsələdir. Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq. Əminəm ki, bizim kimi eyni problemlərlə üzləşən və ya üzləşmiş bütün digər ölkələr üçün nümunə ola bilərik. Bir daha xoş gəlmisiniz. Bizimlə olduğunuz üçün təşəkkür edirəm.

X X X

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı inkişaf proseslərinin, şəhər planlaşdırma və inkişaf konsepsiyasının onda dərin təəssürat hissi yaratdığını dedi. Azərbaycanda qədimiliklə müasirliyin vəhdətinin şahidi olduğunu, tarixi binalar saxlanılmaqla müasir tikililərin ahəngdar formada inşa edildiyini, şəhər planlaşdırılması və urbanizasiyanın tərkib hissəsi olan şəhər nəqliyyat sisteminin və yol infrastrukturunun müasirliyindən məmnunluğunu bildirdi.

Azərbaycana səfərinin bir gününü Ağdam şəhərində keçirdiyini deyən BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Ağdam şəhərinin inkişaf və urbanizasiya planı ilə yaxından tanış olduğunu qeyd etdi.

Maimuna Mohd Şərif Azərbaycanın məqsədinin Ağdam da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə sıfır emissiyalı müasir eko-şəhər konsepsiyasının tətbiq edilməsi olmasını məmnunluqla vurğuladı. Bildirdi ki, BMT-nin Məskunlaşma Proqramı dünyanın müxtəlif ölkələrində postmünaqişə şəraitində şəhərlərin qurulmasında, dayanıqlı şəhər inkişaf konsepsiyalarının yaradılmasında təcrübəsi ilə dəstək verir və bu xüsusda Azərbaycan hökuməti ilə də sıx əməkdaşlığa hazırdır.

Böyük ölçüdə video

kaynak:https://president.az/az/articles/view/55578

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.