İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – Yeni Ekip Gazetesi

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avropa İttifaqının nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

– Sizi bir daha görməyə çox şadam. Şadam ki, Brüsseldəki görüşümüzdən sonra bizi ziyarət edirsiniz. Çox konstruktiv, yaxşı nəticələri və nailiyyətləri olan üçtərəfli görüşdən sonra artıq iki həftə keçib. Səylərinə, bizə çox mühüm məsələləri müzakirə etmək və normallaşma prosesinin başlanğıcı ilə bağlı razılığa gəlmək imkanı verən ab-hava yaratdığına görə Prezident Şarl Mişelə minnətdarlığımı çatdırmağı sizdən xahiş edirəm. Düşünürəm ki, bu, başlanğıc nöqtəsi idi. Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəldik. Biz bununla bağlı əvvəllər də danışırdıq və bildiyiniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu. O vaxtdan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamaya hazırıq. Hesab edirəm ki, bu irəliləyişi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir.

Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsidir. Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir.

Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik.

Lakin mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır. Beləliklə, biz bu gün bunu daha ətraflı şəkildə müzakirə edəcəyik. Sadəcə, bizim mövqeyimizə görə, Brüsseldə baş verənlərlə və aprelin 6-dan sonra baş verən hadisələrlə bağlı rəsmi mövqeyimizi ifadə etmək istədim.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar dedi:

-Təşəkkür edirəm, cənab Prezident. Həmçinin Prezident Mişel də Sizə ən xoş arzularını çatdırır. Qeyd etdiyiniz kimi, o, prosesə və prosesin dəstəklənməsinə çox sadiqdir. Onun fikri, bizim fikrimiz ondan ibarətdir ki, Brüsseldəki görüş çox uğurlu oldu. Qeyd etdiyiniz kimi, biz razılaşdırılmış məsələlərin həyata keçirilməsi və davam etdirilməsinin təmin olunması üzərində işləməliyik. Mənim səfərimin məqsədi bundan ibarətdir. Mən Sizin növbəti addımları nədə gördüyünüzü eşitmək və Avropa İttifaqı olaraq normallaşma prosesini dəstəkləmək, əhatəli nizamlanma istiqamətində çalışmaq üçün nə edə biləcəyimizi öyrənmək üçün bu gün burada olacağam, həftənin ikinci yarısında isə İrəvana gedəcəyəm.

Böyük ölçüdə video

kaynak:https://president.az/az/articles/view/55831

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə müntəzəm dialoq apardığını xatırlatdı. Prezident İlham Əliyev Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğuladı.

Toivo Klaar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafından məmnunluğunu ifadə etdi. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək və Azərbaycan- Avropa İttifaqı əlaqələrinə dair müzakirələr aparmaq üçün Aİ-nin iki komissarının bu yaxınlarda Azərbaycana səfər etdiyini xatırladan xüsusi nümayəndə səfər çərçivəsində çox səmərəli müzakirələrin aparıldığını dedi. Toivo Klaar da Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verdiyini bildirdi. O, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvar olduğunu dedi.

Prezident İlham Əliyev Aİ-nin iki komissarının Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirakının müsbət qiymətləndirdiyini və bunun Avropa İttifaqının Azərbaycan ilə münasibətlərə verdiyi önəmin ifadəsi olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin şaxələndirilmiş xarakter aldığını və bir çox sahələri əhatə etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin bəyan etdiyi kimi Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xəttini ayrılmasının da əlaqələrimizin müsbət inkişafının göstəricisi olduğunu bildirdi.

Dövlətimizin başçısı ötən ilin dekabrında Prezident Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Ermənistanın baş nazirinin də iştirakı ilə keçirilən görüşün əhəmiyyətini vurğuladı. Brüssel gündəliyinin önəmini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda müzakirələrin və praktiki işin aparılmasının vacibliyini qeyd etdi, həmçinin Azərbaycana minaların təmizlənməsi prosesində veriləcək dəstəyin təqdir olunduğunu dedi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırdı. Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladan Prezident İlham Əliyev ötən il Brüsseldə və cari il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırdı.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan arasında kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və digər prinsipial məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.

Böyük ölçüdə şəkillər

kaynak:https://president.az/az/articles/view/55482