Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Almaniyada yaşayan diaspor fəalı Paris merini Azərbaycana qarşı qərəzli mövqedə ittiham edib

Almaniyada yaşayan diaspor fəalı Paris merini Azərbaycana qarşı qərəzli mövqedə ittiham edib
12.01.2024
A+
A-

 

 

 

Almaniyada yaşayan diaspor fəalı Paris merini Azərbaycana qarşı qərəzli mövqedə ittiham edib

, 2024

 

 

 

Almaniyada yaşayan diaspor fəalı Paris merini Azərbaycana qarşı qərəzli mövqedə ittiham edib

Almaniyada yaşayan diaspor fəalı, beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər anti-Azərbaycan mövqeyi nümayiş etdirən Paris meri Anna İdalqoya etiraz məktubu ünvanlayıb.

 

 

 

Məktubda bildirilib ki, sosial media şəbəkələrində COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərəzli və yersiz çağırışlar səsləndirən Paris merinin hərəkətləri qəbuledilməzdir. Merin həmişə dəstəklədiyi Ermənistanın Azərbaycan Respublikasının xeyrinə olaraq COP-29-un ev sahibliyinə namizədliyini geri götürdüyü, Şərqi Avropa Qrupuna daxil olan dövlətlərin Azərbaycanın namizədliyini dəstəklədiyi, Azərbaycan tərəfinin Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyi kimi faktları xatırladan müraciət müəllifi Anna İdalqonunun əsassız bəhanələr gətirdiyini bildirib: “Əlbəttə, bu, sizin iqlimə və təbiətə olan sevginizdən irəli gəlmir. Bundan əvvəl də COP28 neft dövlətində keçirilib. Siz, sadəcə, Azərbaycanı sevmirsiniz. Çünki Azərbaycan öz torpaqlarını erməni işğalçılarından azad edib. Bundan sonra da Azərbaycanda tez-tez beynəlxalq tədbirlər keçiriləcək. Gələn dəfə elə arqument gətirin ki, gülməli olmasın”.

 

 

 

Azərbaycanın öz suveren ərazisində Laçın buraxılış məntəqəsini yaradanda Paris merinin erməni separatçılarını dəstəkləyən şou xarakterli davranışı həyasızlığın kuliminasiya nöqtəsi adlandırılıb.

Paris merinə “utanc” və “şərəfsizlik” sözlərini öz ölkəsinin – Afrika, Latın Amerikası, Cənubi-Şərqi Asiya və Sakit okeanda yerləşən çoxlu sayda ölkələri işğal edən, milyonlarla dinc insanlara qarşı vəhşicəsinə soyqırımlar törədən, həmin ərazilərdə nüvə sınaqları həyata keçirməklə humanitar və ekoloji fəlakətlərə səbəb olan Fransanın ünvanına səsləndirmək tövsiyə edilib: “Sizin və mənsub olduğunuz Fransa dövlətinin şərəfdən, vicdandan, utancdan, insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Fransa 30 il ərzində “sülh adı“ altında Qarabağın ermənilər tərəfindən işğalını Ermənistanın xeyrinə rəsmiləşdirmək cəhdi ilə məşğul olub. Qarabağda erməni separatçı rejiminin Azərbaycana məxsus yeraltı-yerüstü sərvətlərini Ermənistan vasitəsilə daşıyıb və satıb. O zaman siz nədənsə Azərbaycan ekologiyasına və ətraf mühitinə vurulan zərərləri görməmisiniz”.

 

 

 

Əlcəzairdə keçirilmiş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılıq və kütləvi qəddarlıqla bağlı fikrini xatırladan diaspor fəalı qeyd edib ki, soyqırımı siyasəti Fransa və Ermənistan kimi dövlətlərə məxsusdur.

Məktubda Qarabağ münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu 30 il ərzində bəyan edən Fransanın münaqişə başa çatdıqdan sonra yenidən Ermənistanı silahlandırmağa başlaması sərt tənqid edilib: “Güclü orduya malik Azərbaycanda bir daha erməni separatizmi baş qaldıra bilməyəcək. Sizin dəfələrlə qəbul etdiyiniz və təmtəraqlı şəkildə fotolar çəkdirdiyiniz separtçı rejimin nümayəndələri hazırda Bakıda törətdikləri cinayətlərə görə qanun qarşısında cavab verirlər”.

 

 

 

Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyində Azərbaycanın böyük rol oynadığını vurğulayan diaspor fəalı ritorik sual edib: “Əgər Azərbaycan nefti və qazı iqlim üçün təhlükədirsə, onda nə üçün Azərbaycanın neft-qaz layihələrində Fransanın “Total”, “Elf”, “Atiken”, “GDF Suez” şirkətləri iştirak edib? İkinci Dünya müharibəsində faşizm üzərində qələbə Azərbaycan neftinin hesabına qazanılıb. Siz başa düşürsünüz ki, Bakı nefti olmasaydı, indi nə siz, nə də sizin Fransa vardı?”

O bildirib ki, merin bütün açıqlamaları, X platformasında Qarabağla bağlı paylaşımları Azərbaycana təhdiddir: “Paylaşımlarınızın birində qeyd etmisiz ki, Fransadakı erməni təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmisiniz. Siz kimsiniz ki, Parisdə oturub, ermənilərlə Qarabağı müzakirə edirsiniz? Sizə bu haqqı, hüququ kim verib? Biz sizi Qarabağ bölgəsinə mer secməmişik ki, siz Qarabağdan və onun problemlərindən danışasınız. Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın tərkib hissəsidir”

 

 

.

Qarabağda yaşayan ermənilərdən qat-qat çox erməninin Fransada yaşadığını vurğulayan diaspor fəalı Anna İdalqoya rəhbərlik etdiyi Parisdə erməni separatçılarına dövlət qurmağı təklif edib.

 

 

 

Azərbaycanda bütün millətlərə və dinlərə münasibətdə multikultural və tolerantlıq siyasətinin yürüdüldüyünü xatırladan diaspor fəalı qeyd edib ki, artıq Fransa digər millətlər üçün təhlükəli yaşayış yerinə çevrilib. Anna İdalqo kimi Azərbaycana nifrət püskürən fransız rəsmilər sayəsində Azərbaycan idmançılarının bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında təhlükəsizliyinin qorunması böyük şübhə doğurur.

 

 

 

Məktubun sonunda Ermənistan və Qarabağdakı separatcı rejim tərəfindən 30 illik ekoloji terrora məruz qalan Azərbaycan xalqının COP29-un ölkəmizdə keçirilməsinə haqqı çatdığı bildirilib: “Qələbə çalmış Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı İlham Əliyevlə fəxr edir. Çünki Qarabağ münaqişəsini beynəlxalq qanunlara uyğun olaraq həll edən dövlət başçısı kimi tarixə düşüb”.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyada-yasayan-diaspor-feali-paris-merini-azerbaycana-qarsi-qerezli-movqede-ittiham-edib-4065

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.